Bakı, 1 may, AZƏRTAC
Milli Hidrometeorologiya Xidməti mayın 1-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bu barədə AZƏRTAC-a xidmətdən bildirilib.
Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran, Siyəzəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.