RU

ABŞ ilə danışıqlarda əsas məsələ məkan deyil, nəticədir İran

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ ilə danışıqların keçirildiyi məkan İran üçün həlledici məsələ deyil və bu, yalnız ümumi prosesin bir hissəsi kimi qiymətləndirilir.

Redaktor.az xəbər verir ki, bu barədə İranın İtaliyadakı səfiri Məhəmməd Rza Saburi TASS agentliyinə verdiyi müsahibədə danışıb.

Diplomatın sözlərinə görə, Tehran Pakistan hakimiyyətinin bu istiqamətdə göstərdiyi səyləri diqqətlə izləyir və onların təşəbbüslərini nəzərə alır. Bildirilib ki, İslamabad ABŞ və İran arasında məsləhətləşmələrin keçiriləcəyi mümkün məkanlardan biri kimi də nəzərdən keçirilir.

Səfir vurğulayıb ki, danışıqların harada aparılması əsas məsələ deyil. Onun fikrincə, prioritet ədalətli və balanslı razılaşmanın əldə olunmasıdır və bütün diqqət bu istiqamətə yönəldilməlidir.

Qeyd olunub ki, tərəflər arasında dialoqun nəticəyönümlü olması üçün qarşılıqlı yanaşmanın konstruktivliyi xüsusi əhəmiyyət daşıyır.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
1
redaktor.az

2Источники