RU

DÇ 2026 nın mükafat fondu artırılacaq

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

FİFA narazılıq və tənqidləri nəzərə almalı olub. Ali futbol təşkilatı DÇ-2026-nın mükafat fondunu və iştirak haqqını artıracaq.“The Guardian” qəzetinin məlumatına görə, genişləndirilmiş maliyyələşdirmənin təfərrüatları FİFA Şurasının bu həftə Kanadanın Vankuver şəhərində keçiriləcək iclasında təsdiqlənəcək. Bu, ali qurumun bir sıra milli assosiasiyalar tərəfindən bildirilən narahatlıqlara cavabı kimi dəyərləndirilir. Narahatlıqlar xüsusilə əksər oyunların keçiriləcəyi ABŞ-yə uçuşlar, əməliyyatlar və vergilər üçün yüksək xərclər ilə bağlıdı.Yeri gəlmişkən, FİFA 2025-ci ilin dekabrında mundial üçün rekord məbləğdə - 727 milyon dollar mükafat fondu elan etmişdi. İlkin plana əsasən, iştirakçı 48 komandanın hər biri minimum 10,5 milyon dollar, qalib komanda isə 50 milyon dollar qazanacaqdı. Lakin son həftələrdə bir neçə milli futbol assosiasiyası ilə məsləhətləşmələrdən sonra mükafat fondu artırılacaq.Həmçinin futbolun inkişafı üçün FİFA-nın bütün 211 üzvünə ayrılan vəsaitin məbləği də yüksələcək. Bu məbləğ növbəti 4 illik dövr ərzində əvvəllər planlaşdırılan 2,7 milyard dolları keçəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
5
icma.az

10Источники