RU

“Neftçi”nin yeri Avropadır” – Cenk Sümer 

“Qalib gəlmək önəmli idi. Çətin həftəsonu yaşamışdıq. Həqiqətən də evimizdə, azarkeşlərimizin önündə üzücü hesabla məğlub olmaq çox pis idi. Qısa müddətdə komandanı toplamaq, növbəti oyuna motivasiya etmək asan iş deyildi. Başda rəhbərlik olmaqla texniki heyət və futbolçularımız “Neftçi”yə yaraşan davranış göstərdilər, nəticəni əldə etdilər. Bizi sonadək dəstəklədikləri üçün azarkeşlərimizə çox təşəkkür edirəm. Onların da əziyyət çəkdiklərini bilirik. Biz bir ailəyik. Hamımız birlikdə hədəflədiyimiz, “Neftçi”yə yaraşan, olması lazım gələn yerə yenidən çıxacağıq. Avrokuboklara qatılmaq istəyirik, bunu bacaracağıq! Bu komanda ən azı əlindən gələni artıqlaması ilə ortaya qoyur”.

İdmanxeber.az-ın məlumatına görə, “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer evdə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib. O, daha sonra komandanın avrokubok şanslarını dəyərləndirib:

“Avropaya gedəcəyimizə inanırıq! Əvvəldən də inanırdıq. Bu şərtlə də mübarizəmizi apardıq. Təbii ki, sonda kuboku kimin alacağını bilmirik. Haqq edən qazansın! Amma nəticə etibarilə “Neftçi”nin yeri Avropadır. Təkcə bu mövsüm yox, hər zaman üçün. Biz həm Azərbaycanı, bayrağımızı, həm də cameəmizi ən yaxşı şəkildə təmsil edəcək komandanı quracaq, qurduğumuz komandanı inkişaf etdirəcək və sonda layiq olduğumuz yeri tutacağıq”.

 

Избранный
35
idmanxeber.az

1Источники