RU

“Gələcəkdə bu imkan bütün məktəblərə şamil ediləcək”

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Hər 6 şagirdə 1 kompüter düşür”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində deyib.

Nazir müavini bildirib ki, təhsilin rəqəmsallaşdırılması sürətlə aparılır: “Məktəblərin 63 faizinin internetə qoşulmaq imkanı var, gələcəkdə bu imkan bütün məktəblərə şamil ediləcək. 6 şagirdə 1 kompüter düşür. Biz bunu hər şagirdə 1 kompüter düşmək səviyyəsinə çatdırmaq istəyirik”.

Fidan Etibar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
qafqazinfo.az

1Источники