RU

Avropa Parlamenti Azərbaycana qarşı qərəzli yanaşma sərgiləyir Sahibə Qafarova

ain.az, Redaktor.az saytına istinadən bildirir.

"Avropa demokratiyasını təmsil etmək iddiasında olan Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyət göstərən qrupların və müxtəlif maraq dairələrinin əlində alətə çevrilməsi təəssüf doğurur".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova bildirdi.

O xatırlatdı ki, neçə il bundan əvvəl Azərbaycanın Avropa Parlamenti ilə münasibətləri bir sıra ciddi siyasi qərarların qəbul edilməsi ilə nəticələnib:

"2015-ci ildə Azərbaycan Parlamenti Avropa Parlamentinin Azərbaycan barəsində sistemli və davamlı şəkildə apardığı qarayaxma kampaniyasına cavab olaraq bu təşkilatla qarşılıqlı əməkdaşlığı dayandırmağa məcbur olub. Milli Məclis Avropa Parlamentindən tələb etmişdir ki, Azərbaycana münasibətdə obyektiv mövqe tutsun və bu yanaşmanı reallıqlarla nümayiş etdirsin. Bu qərar qəbul edildikdən sonra Avropa Parlamenti tərəfindən dialoqu bərpa etmək məqsədilə bir sıra addımlar atılmışdır, o cümlədən vitse-prezidentlərdən ibarət səlahiyyətli nümayəndə heyəti Azərbaycana göndərilmişdir. Avropa Parlamentinin bu səylərindən sonra Milli Məclis əməkdaşlıq maraqlarını əsas tutaraq 2016-cı ilin sentyabr ayında münasibətlərin bərpasına dair qərar qəbul etmişdir. Təəssüf ki, ötən on il Avropa Parlamentinin Azərbaycana qarşı hərəkətlərində təmkinli niyyət nümayiş etdirmədiyini göstərmişdir".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
47
3
redaktor.az

4Источники