RU

Xameneinin müavini: Ali Rəhbər sağlamdır

İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei tam sağlamdır və danışıqlara rəhbərlik edir.

Bakıvaxtı.az xəbər verir ki, apa-nın məlumatına görə, bu barədə İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Hüseyni Qumi bildirib.

“Düşmənin Müctəba Xameneinin sağlamlıq vəziyyəti ilə bağlı iddiaları təxribatdır və məqsəd yanlış reaksiyalar doğurmaqdır”, - Qumi qeyd edib.

Onun sözlərinə görə, Ayətullah Müctəba Xamenei atası Seyid Əli Xameneinin iqamətgahının bombalanması zamanı həyətdə olub və yüngül xəsarət alıb.

Избранный
8
8
bakivaxti.az

10Источники