UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində dünən səfərdə "Nottingem Forest"ə 0:1 hesabı ilə uduzan "Aston Villa"nın baş məşqçisi Unai Emeri matçın ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini Birmingem klubunun rəsmi saytı belə çatdırıb:
"Biz yarımfinalda mübarizə aparırıq. Yarımfinal isə həmişə çətindir.
Əlbəttə, azarkeşlərimizin dəstəyi sayəsində bura qədər gəlmək fantastik nəticədir. Biz qalib gələ, heç-heçə edə və ya məğlub ola bilərdik. Planauyğun oynadıq. Qələbə qazanmaq üçün qol şanslarımız da oldu. Amma hələ irəlidə daha bir 90 dəqiqə, ola bilsin ki, əlavə vaxt və penalti seriyası var".
Tərəflərin cavab qarşılaşması mayın 7-də keçiriləcək.
Nihat