RU

Bu gün şəhid Sənan Ağazadənin doğum günüdür

Ağazadə Sənan Nizami oğlu 2000-ci il, may ayının 1-də Lənkəran rayonun Göyşaban kəndində anadan olub. 2019-cu il, iyulun 22-də Vətən torpaqlarını qorumaq üçün hərbi xidmətə yollanan Sənan "Mən əfsanə olacağam!" deyərmiş.

QHT.az xəbər verir ki, Sənan Ağazadə Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət nümayiş etdirib. Minaatan bölüyündə tuşlayıçı kimi iştirak edib. Hədəfi sərrast nişan alması sayəsində  düşmənin bir neçə hərbi texnikasını və 35 əsgərini məhv edib.

Oktyabrın 14-də qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib

Избранный
3
qht.az

1Источники