RU

"Onlar arasında görüşlər tarixi Vaşinqton razılaşmalarından sonra daha da intensivləşib" - DEPUTAT

"Onlar arasında görüşlər tarixi Vaşinqton razılaşmalarından sonra daha da intensivləşib" - DEPUTAT"İki dövlət arasında demarkasiyanı həyata keçirmək üçün adətən qarışıq komissiya yaradılır. Hər bir dövlət öz sərhədlərini, toxunulmazlığını təmin etmək üçün müvafiq hüquqi rejim müəyyən edir. Bu rejim beynəlxalq müqavilələrə və daxili qanunvericiliyə əsaslanır. Məsələn, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Qanunun II fəsli bütövlükdə bu məsələyə həsr olunub".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, sərhəd xətlərinin dəqiqləşdirilməsi prosesi müharibədən sonra aktual məsələyə çevrilib:

"Azərbaycan və Ermənistan arasında müharibədən sonrakı görüşlərdə əsas müzakirə mövzularından biri sərhədlərin delimitasiya və demarkasiyası məsələsi olub. Azərbaycanın rəsmi mövqeyi ondan ibarətdir ki, sərhədin delimitasiya və demarkasiyası münasibətlərin normallaşması və tərəflər arasında yekun sülh sazişi üçün ilkin şərtdir. Bu məsələ Ermənistana təqdim edilmiş, iki ölkə arasında əlaqələrin qurulmasının əsas prinsiplərinə dair təklifdə də öz əksini tapıb, o cümlədən paraflanmış sülh müqaviləsinin müddəaları arasında da yer alıb.

Regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı planın reallaşdırılması məqsədilə Azərbaycan Respublikasının və Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə komissiya yaradılıb. Onlar arasında görüşlər, tarixi Vaşinqton razılaşmalarından sonra daha da intensivləşib. Sərhədlərin delimitasiya olunmuş hissəsindən hər iki ölkənin vətəndaş cəmiyyətinin quru yolla keçidi təcrübəsi uğurla həyata keçirilib. O cümlədən, iki ölkənin iş adamları bir araya gəlib.

Etimad quruculuğu prosesində ikitərəfli ticarət əlaqələrinin qurulması və ticarətin inkişafı əsas fəaliyyətlərdəndir. Bu isə regionda uzunmüddətli sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün vacib addımlardandır".

Vüsalə İbrahimli

Избранный
2
sonxeber.az

1Источники