RU

Fidan və Əraqçi ABŞ İran danışıqlarını müzakirə etdi

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyə və İran xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.

Redaktor.az xəbər verir ki, TASS agentliyinin məlumatına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə danışaraq İran və ABŞ arasında gedən danışıqların mövcud vəziyyətini müzakirə edib.

Məlumata görə, tərəflər telefon danışığı zamanı regiondakı son vəziyyət və diplomatik proseslərin gedişi ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, daha əvvəl ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı, daha sonra isə ABŞ prezidenti Donald Tramp tərəfindən iki həftəlik atəşkəs elan edildiyi bildirilmişdi. Lakin tərəflər arasında aparılan danışıqlarda fikir ayrılıqları qalmaqda davam edir.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
50
redaktor.az

10Источники