Biz Azərbaycan və region üçün sülh dolu gələcəyə baxırıq.
Aznews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpusun qarşısında çıxış edərkən deyib.
O qeyd edib ki, rəsmi Bakının xarici siyasət konsepsiyasında bütün qonşularla yaxşı qonşuluq və sülh münasibətləri Azərbaycanın bir nömrəli prioritetidir.
Hikmət Hacıyev vurğulayıb ki, müharibə vəziyyətinə görə bu tam şəkildə həyata keçməmişdi.