Bu barədə Aktual.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğınların qarşısının alınması yolları və yanğın baş verdikdə zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilir, təxliyə planından düzgün istifadənin əhəmiyyəti izah olunur. Həmçinin, ərazilərin təmiz, yanğına qarşı su təchizatı qurğularının işlək vəziyyətdə saxlanılmasının, ehtiyat çıxış yollarında sərbəst hərəkətin daim təmin edilməsi və ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın zəruriliyi vurğulanır.
Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilir, maarifləndirici broşürlər və otel nömrələrində yerləşdirilməsi üçün məlumatlandırıcı çap materialları paylanılır və suallar cavablandırılır.








