RU

“Əgər bir məhsula pul ödəmirsinizsə, çox vaxt siz həmin məhsulun özü olursunuz"

“İstifadəçilər rəqəmsal platformalarda paylaşdıqları məlumatların əslində sistemlərin öyrədilməsində istifadə oluna biləcəyini unutmamalıdırlar”.

Redaktor.az xəbər verir ki, bu fikirləri “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 3-cü Forumda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizov deyib.

“Əgər bir məhsula pul ödəmirsinizsə, çox vaxt siz həmin məhsulun özü olursunuz. Paylaşılan məlumatlar süni intellekt sistemlərinin öyrədilməsində istifadə olunur. Dövlət qurumlarında süni intellektdən istifadə proseslərin sürətləndirilməsi və effektivliyin artırılması məqsədi daşıyır, lakin bu proses mütləq informasiya təhlükəsizliyi çərçivəsində həyata keçirilməlidir”, - deyə o vurğulayıb.

Aytəkin TOFİQQIZI

Избранный
61
1
redaktor.az

2Источники