RU

Medvedev gizli silahlardan danışdı

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ölkəsinin əlində "Oreşnik" ballistik raketləri və "Poseydon" pilotsuz sualtı aparatlarından başqa, hələlik ictimaiyyətə açıqlanmayan "çox ümidverici" silah sistemlərinin olduğunu elan edib.

"Cebheinfo.az" xəbər verir ki, "Znaniye. Pervıye" təhsil marafonunda çıxış edən Medvedev Rusiyanın strateji silahlanma proqramı ilə bağlı mühüm ipucları verib.

"Yalnız hər kəsin bildiyi “Oreşnik”i və ya qorxunc “Poseydon”u nəzərdə tutmuram. Başqa nümunələr də var; çox ümidverici olanlar. Lakin bunlar haqqında təfərrüat verməyəcəyəm", - deyən Medvedev sözünün ardını gətirməyib.

Bu üstüörtülü mesaj Moskvannın çəkindirmə strategiyasının yeni mərhələlərinə işarə kimi yozulub. Məlum olduğu kimi, "Oreşnik" Rusiyanın ən yeni ortamənzilli ballistik raket sistemi kimi ön plana çıxır.

Vladimir Putin bu silahın varlığını ilk dəfə 2024-cü ilin noyabrında, “Kapustin Yar” poliqonundan Dniprodakı "Yujmaş" zavoduna təşkil edilən raket hücumundan sonra elan etmişdi.

2025-ci ilin noyabrında seriyalı istehsala keçildiyini açıqlayan Putin, dekabr ayında isə "Oreşnik"in Belarusda döyüş növbəsinə başladığını bildirmişdi.Nüvə qabiliyyətli "Poseydon" pilotsuz sualtı aparatı isə Moskvanın strateji çəkindirmə triadasının dəniz qolunu təşkil edir.

Kremlinin son dövrdə hipersəs silahlarından kosmik sistemlərə qədər bir çox sahədə sürpriz elanlara imza atdığını nəzərə alsaq, Medvedevin bu çıxışı Moskvanın strateji qeyri-müəyyənlik siyasətinin bir davamı kimi qiymətləndirilir.

Избранный
36
1
cebheinfo.az

2Источники