Belarus Azərbaycanda daha bir sıra sənaye layihələrinin həyata keçirilməsində maraqlıdır.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç məlumat verib.
Səfir vurğulayıb ki, hazırda Ağdamda aqroşəhərciyin tikintisi layihəsi uğurla həyata keçirilir.
"Belarus daha bir neçə layihəni nəzərdən keçirir. Sənaye xarakterli bu layihələr iki ölkənin sənaye kooperasiyası çərçivəsində həyata keçiriləcək", - səfir vurğulayıb.