RU

Ağcabədi rayonunda vətəndaşların müraciətləri dinlənilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 1 may, AZƏRTAC

Mayın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev Ağcabədi rayonunda sakinlərin müraciətlərini dinləyib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fuad Musayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Görüş zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
3
azertag.az

4Источники