RU

“Qarabağ”ın futbolçusu üçün mövsüm başa çatdı 

“Qarabağ”ın futbolçusu Joni Montiel “Neftçi” ilə oyunda aldığı zədəyə görə əməliyyat olunub.

İdmanxeber.az-ın məlumatına görə, ayaq barmağı sınan yarımmüdafiəçi azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu, onun üçün mövsümün erkən bitməsi deməkdir.

Montiel zədəni matçın 39-cu dəqiqəsində Emil Səfərov ilə mübarizədə almışdı.

Избранный
19
idmanxeber.az

1Источники