RU

Gevorq Papoyan: Azərbaycan sayəsində Ermənistanda bahalaşmanın qarşısını aldıq

Turkstan.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Əgər Ermənistan Azərbaycandan benzin və dizel yanacağı idxal etməsəydi, indi ölkədə yanacağın qiyməti bir neçə yüz dram baha olardı”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

Nazir bütün dünyada benzinin qiymətlərinin artdığını bildirib.

“Dünyanın bir çox ölkəsində benzinin qiyməti 2-3 dəfə, Ermənistanda isə faiz bəndi ilə artıb, ona görə də geosiyasi şokların bizə mümkün qədər az təsir etməsi üçün mümkün qədər enerji mənbələrini şaxələndirməyə davam etməliyik”, - Papoyan vurğulayıb.

Ermənistan 2025-ci ilin dekabr ayından Azərbaycandan benzin idxalına başlayıb. İndiyədək Azərbaycandan Ermənistana ümumilikdə 6312 ton dizel yanacağı, 979 ton Aİ-92 və 2955 ton Aİ-95 benzini göndərilib./teleqraf

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
1
icma.az

2Источники