Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndidə Zəfər parkında diplomatik korpusun üzvləri ilə birgə fotosunu paylaşıb.
"Far.Az" xəbər verir ki, o bu barədə sosial şəbəkələrdə müvafiq paylaşım edib.
"Xankəndidəki Zəfər parkı - qürur və xatirələr məkanıdır", - H.Hacıyev bildirib.
Kadrlarda diplomatik korpus nümayəndələrinin Xankəndidəki Zəfər parkında birgə foto çəkdirdikləri an əks olunub.
A family photo with members of the diplomatic corps at Victory Park in Khankendi — a place of pride and memories pic.twitter.com/U8qsE1tjBC
— Hikmet Hajiyev (@HikmetHajiyev) May 1, 2026
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.