RU

Ərəblər Rafinyanı tovlaya biləcəklərmi? Barsa nın mövqeyi bəllidir

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Barselona"nın vingeri Rafinyanın karyerasını  Səudiyyə Ərəbistanında davam etdirmək ehtimalı ilə bağlı yeni məlumatlar yayılıb.

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 29 yaşlı futbolçuya böyük məbləğdə maaş qarşılığında müqavilə təklif etməyə hazır olan bir neçə Pro Liqa təmsilçisi var.

Xəbərdə Rafinyanın Kataloniya təmsilçisində qalmağa üstünlük verdiyi, "blauqrana"nın isə onu satmağa can atmadığı vurğulanıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ötən il Rafinya üçün 90 milyon avro təklif etsə də, "yox" cavabı almışdı.

Toğrul

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
17
fanat.az

10Источники