RU

Uşaqlar üçün yol təhlükəsizliyi mövzusunda Neftçalada əyani təlim keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq  rayonda maarifləndirici tədbirlər davam etdirilir. Bu istiqamətdə  şəhərdə “Yol hərəkəti qaydalarını öyrənək” adlı əyani təlim təşkil olunub.

Təlim rayon icra hakimiyyətinin, Şirvan-Salyan Regional Təhsil İdarəsinin, polis şöbəsinin Dövlət Yol Polis bölməsinin və “Uşaq səfirlər” məclisinin rayon nümayəndələrinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin əsas məqsədi uşaq və yeniyetmələrin yol hərəkəti təhlükəsizliyi sahəsində biliklərinin artırılması, həmçinin onların gündəlik həyatda düzgün davranış vərdişlərinə yiyələnməsinə dəstək göstərmək olub.

Çıxış edənlər bildiriblər ki, müasir şəhərsalma prosesində yol hərəkətinin təhlükəsiz təşkili mühüm prioritetlərdəndir. Qeyd olunub ki, bu istiqamətdə maarifləndirmə işlərinin erkən yaşlardan aparılması uşaqların məsuliyyətli yol hərəkəti iştirakçısı kimi formalaşmasına mühüm töhfə verir.

Təlim çərçivəsində Dövlət Yol Polisi əməkdaşları tərəfindən məktəbin qarşısında yaradılmış imitasiya olunmuş yol şəraitində şagirdlərə praktik izahlar verilib. Burada piyadaların hərəkət qaydaları, piyada keçidlərindən düzgün istifadə, svetofor siqnallarının mənası və yol nişanlarının əhəmiyyəti əyani şəkildə nümayiş etdirilib. Eyni zamanda real situasiyalar əsasında nəqliyyat vasitələrinin hərəkəti zamanı əməl olunmalı təhlükəsizlik qaydaları izah olunub.

Seyran CAVADOV,

 “Azərbaycan”

Избранный
15
azerbaijan-news.az

1Источники