RU

Tikinti sahəsində icazə prosedurları və keyfiyyət məsələləri müzakirə olunub

1 may 2026-cı il tarixində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşəbbüsü və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə tikinti sektorunda mövcud icazə prosedurları və layihələndirmə keyfiyyətinin artırılmasına həsr olunmuş geniş tərkibli tədbir keçirilib.

Tədbirdə dövlət qurumlarının və özəl sektorda fəaliyyət göstərən şirkətlərin rəhbər şəxsləri iştirak ediblər. Görüşün əsas məqsədi tikinti sahəsində mövcud problemlərin müzakirəsi, icazə proseslərinin daha çevik və şəffaf mexanizmlərlə təkmilləşdirilməsi, həmçinin sahibkarlarla aidiyyəti dövlət orqanları arasında birbaşa dialoq imkanlarının genişləndirilməsi olub.

Açıq fikir mübadiləsi çərçivəsində keçirilən müzakirələrdə layihələrin keyfiyyət səviyyəsinin artırılması, mövcud qanunvericiliyin və normativ texniki tələblərin tətbiqi, eləcə də Komitənin elektron icazə sistemi olan “e-tikinti” portalının funksional imkanlarının genişləndirilməsi məsələləri gündəmə gətirilib. Eyni zamanda tikinti və istismar icazələrinin alınması zamanı yaranan suallara aydınlıq gətirilib.

Görüşdə vurğulanıb ki, tikinti sektorunda operativ qərarvermə və koordinasiyanın gücləndirilməsi məqsədilə dövlət qurumları ilə sahibkarlar arasında davamlı dialoq platformalarının yaradılması vacibdir.

Sonda iştirakçılar bu formatda görüşlərin mütəmadi keçirilməsi və yaranan məsələlərin çevik şəkildə həlli üçün əlaqələndirmə mexanizminin formalaşdırılması barədə razılığa gəliblər.

Избранный
15
hit.az

1Источники