RU

Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Komidə (Rusiya) özəl "Mi-8T" helikopterinin sərt enişi nəticəsində 10 nəfər yaralanıb.

XQ xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"Mi-8 helikopterinin sərt enişi zamanı xəsarət alanların sayı artaraq 10-a çatıb", - nazirlikdən qeyd edilib.

Helikopter havaya qalxarkən yana aşıb. Göyərtədə 24 nəfər olub. Helikopter işçiləri Nen Muxtar Dairəsinə çatdırmalı idi.

Hadisə yerində Usinsk yanğın-xilasetmə qarnizonunun bölmələri işləyir. İnsidentin səbəbləri müəyyənləşdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
7
xalqqazeti.az

8Источники