Terror təhlükəsi səbəbindən Böyük Britaniyada təhlükəsizlik tədbirləri gücləndirilib.
“BBC” xəbər verir ki, buna səbəb Londonda baş verən son hadisələrdir.
Yeni vəziyyətlə əlaqədar olaraq ölkə üzrə mərkəzlər, təhsil müəssisələri və dini ibadət yerləri ətrafında mühafizə tədbirləri maksimum dərəcəyə çatdırılıb, bu məqsədlə əlavə maliyyə vəsaiti ayrılıb. Hökumət və hüquq-mühafizə orqanları ictimaiyyəti təşvişə düşmədən ayıq-sayıq olmağa çağırıb. Hazırda ölkədə müvafiq strukturlar mümkün təhdidlərin qarşısını almaq üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Təhminə VERDİYEVA,
“Azərbaycan”