RU

Ləzzətli sucuğun sirri: Qızardarkən tavaya yarım stəkan əlavə edin

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bazar səhəri deyiləndə bir çox insanın ağlına sucuq və ya sucuqlu yumurta gəlir. Sucuq hazırlanarkən ən çox rast gəlinən problemlərdən biri onun quru qalmasıdır. Daha yumşaq sucuq qızartmaq üçün isə sadə bir üsul kifayət edir.Demokrat.az xəbər verir ki, qızartma zamanı tavaya az miqdarda su əlavə etmək sucuğun daha yumşaq və dadlı olmasına kömək edir. Təxminən yarım çay stəkanı su istifadə etmək bu prosesi ideal şəkildə tamamlayır.Yumşaq sucuq hazırlamaq üsulu* İstədiyiniz miqdarda dilimlənmiş dana sucuğu

* Yarım çay stəkanı suHazırlanma qaydası:* Sucuğu istədiyiniz formada dilimləyin (dairə və ya yarımdairə şəklində).

* Dilimləri tavaya düzün və üzərinə az miqdarda su əlavə edin. Su yalnız sucuq dilimlərinə yüngül şəkildə toxunmalıdır, artıq olmamalıdır.

* Tavanı ocağa qoyun və su qaynamağa başlayanda sucuqları çevirərək zəif odda bişirməyə davam edin.Su çəkildikcə və sucuğun yağı ortaya çıxdıqca, istəyə görə az miqdarda əlavə yağ da əlavə oluna bilər. Bu üsul sucuğun daha yumşaq, şirəli və dadlı olmasını təmin edir.Jalə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
47
demokrat.az

1Источники