Ajans.az xəbər verir ki, qəza rayonun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili qarşıdan gələn “Opel” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər isə ağır xəsarətlər alıb.