ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından (Aİ) Birləşmiş Ştatlara idxal olunan minik və yük avtomobilləri üçün gömrük rüsumlarının 25 faizədək artırıldığını elan edib.
Redaktor.az xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Sevinc şəhəri ilə bildirirəm ki, Avropa İttifaqı bizimlə tam razılaşdırılmış ticarət sazişini yerinə yetirmədiyi üçün gələn həftə Avropa İttifaqından Birləşmiş Ştatlara gətirilən minik və yük avtomobillərindən tutulan rüsumları artıracağam. Rüsum 25 faizə qaldırılacaq", — deyə paylaşımda bildirilir.
Tramp əlavə edib ki, Amerikanın daxili zavodlarında istehsal olunan avtomobillərə rüsum tətbiq edilməyəcək.
Onun sözlərinə görə, hazırda 100 milyard dollardan çox investisiya qoyulan və amerikalı işçilərin çalışacağı çox sayda avtomobil zavodu tikilir. "Amerikada bu gün baş verənlərə bənzər bir şey əvvəllər heç vaxt yaşanmayıb!" — deyə ABŞ Prezidenti qeyd edib.
Xədicə BAXIŞLI