RU

“Vətənin Azəri” sənədli filmi Ağstafada təqdim olunub

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Ağstafa, 1 may, AZƏRTAC

Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifliyə həsr olunan “Vətənin Azəri” sənədli filminin təqdimatı olub. Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələn filmin təqdimatı Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Azər Yusiflinin keçdiyi şərəfli ömür və döyüş yolundan söz açıb, ölkəmizdə şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eyni zamanda, onların doğmalarını, eləcə də qazilərimizi və müharibə veteranlarını hərtərəfli diqqət və qayğı ilə əhatə edən dövlət siyasətindən bəhs ediblər.

Sonra isə “Vətənin Azəri” filmi nümayiş olunub.

Müxbir - Ruslan Novruzoğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
1
azertag.az

2Источники