RU

Berlin Trampa cavab verdi: Bizə sənin məsləhətlərin lazım deyil

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbayl (SDP) ABŞ Prezidenti Donald Trampın tənqidləri fonunda federal kantsler Fridrix Mertsi dəstəkləyib və bəyan edib ki, Berlinin ABŞ liderinin "məsləhətlərinə qətiyyən ehtiyacı yoxdur".

Redaktor.az xəbər verir ki, bu barədə "DPA" agentliyi məlumat yayıb.

Siyasətçi, həmçinin Ağ Ev rəhbərini Yaxın Şərqdə xaos yaratmaqda ittiham edib. Onun sözlərinə görə, Tramp Birləşmiş Ştatlar və İran arasında ciddi sülh danışıqlarının aparılmasını təmin etməlidir.

Bununla yanaşı, Klinqbayl Amerika prezidentinin İslam Respublikasına qarşı strategiyasını tənqid edib.

"Düşünürəm ki, o, həqiqətən də bunun iki-üç günlük iş olduğunu və hər şeyin qaydasına düşəcəyini zənn edirdi", — deyə o bildirib.

Vitse-kansler hesab edir ki, indi Tramp "İrandakı bu müharibənin tezliklə başa çatması üçün məsuliyyət daşıyır". Onun fikrincə, ABŞ lideri ilk növbədə "öz müharibəsi səbəbindən yaranan xərclərin bizim  muzdlu işçilərin, istehlakçıların və iqtisadiyyatın çiyinlərinə düşməyəcəyinə zəmanət verməlidir".

Xatırladaq ki, bir gün əvvəl Tramp Mertsin ABŞ-İsrailin İranla müharibəsi ilə bağlı aralarında baş tutan mübahisədə heç bir arqument tapa bilmədiyini demişdi. Bundan əlavə, o, kantslerin "dəhşətli işlədiyini" qeyd etmişdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
1
redaktor.az

2Источники