Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi vakant vəzifələrin tutulması üçün müsabiqə elan edib.BUTA.TV xəbər verir ki, bu barədə DOST Agentliyindən məlumat verilib. Vakant vəzifələr aşağıdakılardan ibarətdir: - Audit şöbəsinin müdiri; - Audit şöbəsinin böyük mütəxəssisi; - Hüquq, kargüzarlığın təşkili və inzibati idarəetmə departamentinin Hüquq şöbəsinin müdiri; - Hüquq, kargüzarlığın təşkili və inzibati idarəetmə departamentinin Hüquq şöbəsinin böyük mütəxəssisi; - Qarabağ Regional DOST Mərkəzinin İnzibati dəstək sektorunun mütəxəssisi (sosial-psixoloji xidmətlər üzrə) (Bərdə şəhəri); - Quba Regional DOST Mərkəzinin İnzibati dəstək sektorunun mütəxəssisi (insan resurslarının idarə edilməsi üzrə); - Quba Regional DOST Mərkəzinin İnzibati dəstək sektorunun mütəxəssisi (sosial-psixoloji xidmətlər üzrə). Müsabiqədə iştirak etmək istəyən şəxslər 13.05.2026-cı il tarixinədək buradan qeydiyyatdan keçə bilərlər.