RU

Mal qaramın yiyəsini söydü, heyvanları vurmağa başladı Məhkəmə

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Gədəbəydə otlaq sahəsi üstündə yaranan mübahisə cinayətlə nəticələnib. Novosaratovka kəndində heyvandarlıqla məşğul olan 62 yaşlı kişi həmkəndlisinə xəsarət yetirdiyi üçün hakim qarşısına çıxarılıb.Demokrat.az xəbər verir ki, hadisə otlaq sahələrinin kəsişdiyi ərazidə baş verib. Məlumata görə, 1964-cü il təvəllüdlü Tapdıqla (ad şərtidir) qonşuluqda təsərrüfatla məşğul olan Xəlil arasında heyvanların əkin yerinə girməsi səbəbindən münaqişə yaranıb. Mübahisə böyüyərək fiziki qarşıdurmaya çevrilib və nəticədə Tapdıq əlindəki ağacla həmkəndlisinin kürək nahiyəsinə zərbə endirib.Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə iş açılıb. Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edərək hadisəni belə nəql edib:“Novosaratovka kəndində heyvandarlıqla məşğul oluram. Xəlili qonşu təsərrüfatdan tanıyıram. Onunla tez-tez heyvanlarımızın otlaq sahələrinə girməsi səbəbindən mübahisələrimiz olub. Hər dəfə Xəlil ünvanıma nalayiq ifadələr işlədib, söyüşlər söyüb”.Hadisə günü baş verənlər barədə danışan Tapdıq qeyd edib ki, qarşı tərəfin təhqirləri onu özündən çıxarıb:“Heyvanlar Xəlilə aid sahəyə girdiyi üçün həm mənim, həm də heyvan sahibinin ünvanına söyüşlər söydü, əlindəki ağacla heyvanları vurmağa başladı. Söyüş söyməməsini, yerin boş olduğunu desəm də, məni söyməkdə davam etdi. Mən də əlimdəki ağacla onun kürəyinə bir zərbə vurdum. Sonra heyvanlarımı götürüb getdim”.Məhkəmə prosesində Tapdıq törətdiyi əməldən peşman olduğunu bildirib və zərərçəkmişdən üzr istəyib. O, həmçinin ölkədə elan olunan amnistiya qərarının ona şamil edilməsini xahiş edib.Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə ”Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilən amnistiya aktına əsasən, həmin şəxs barəsindəki cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
1
demokrat.az

2Источники