Mayın 1-də Mayami avtodromunda “Formula-1” üzrə mövsümün dördüncü mərhələsi – Mayami Qran-prisinin yeganə sərbəst yürüşü keçirilib.
90deqiqe.Az xəbər verir ki, sərbəst yürüşdə ən yaxşı nəticəni “Ferrari” komandasının pilotu Şarl Lekler göstərib. İkinci yeri “Red Bull”un sürücüsü Maks Ferstappen tutub. Üçüncü pillədə isə “Maklaren”in pilotu Oskar Piastri qərarlaşıb.
Mayami Qran-prisi – sərbəst yürüşün nəticələri:
Şarl Lekler (“Ferrari”) — 1:29.310
Maks Ferstappen (“Red Bull”) +0.297
Oskar Piastri (“Maklaren”) +0.448
Lyuis Hemilton (“Ferrari”) +0.467
Andrea Kimi Antonelli (“Mercedes”) +0.769
Corc Rassel (“Mercedes”) +0.790
Lando Norris (“Maklaren”) +0.898
Pyer Qasli (“Alpin”) +1.277
İzak Hadjar (“Red Bull”) +1.563
Karlos Sains (“Uilyams”) +1.620
Franko Kolapinto (“Alpin”) +1.705
Aleks Albon (“Uilyams”) +1.714
Oliver Berman (“Haas”) +1.781
Qabriel Bortoleto (“Audi”) +1.801
Niko Hülkenberq (“Audi”) +2.285
Esteban Okon (“Haas”) +2.325
Liam Louson (“Reysinq Bulls”) +2.338
Serxio Peres (“Kadillak”) +2.737
Fernando Alonso (“Aston Martin”) +3.283
Valtteri Bottas (“Kadillak”) +3.452
Arvid Lindblad
Lens Stroll (“Aston Martin”) +3.649
Qeyd edək ki, bu mərhələdə komandalar üçün yalnız bir sərbəst yürüş sessiyası nəzərdə tutulub.