RU

İran şərtlərini təqdim etdi

İran ABŞ ilə danışıqlarda vasitəçilik edən Pakistana müharibəyə son qoya biləcək yeni təklif təqdim edib.

KONKRET.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Məlumata görə, İran Pakistana yekun danışıqlar layihəsinin mətnini çatdırıb. Təklifin məzmunu barədə ətraflı məlumat verilməyib.

Qeyd edək ki, ötən həftə İran müharibənin başa çatması üçün şərtləri özündə əks etdirən təklifi ABŞ-yə çatdırmaq məqsədilə Pakistana təqdim etmişdi. İran mediasının məlumatına görə, Tehran müharibənin birdəfəlik yekunlaşması və Hörmüz boğazının açılması ilə bağlı danışıqlara hazır olduğunu bildirib. Bununla yanaşı, İran nüvə fəaliyyətinə yalnız daimi atəşkəs əldə olunduqdan sonra baxılmasını təklif edib.//metbuat.az

Избранный
21
1
konkret.az

2Источники