2025/26 mövsümündə Avstriya kubokunun qalibi müəyyənləşib.
QOL.az xəbər verir ki, finalda LASK və “Altax” klubları üz-üzə gəlib.
Matçın əsas vaxtında qalib aşkarlanmayıb - 2:2. Əlavə vaxtda daha iki dəfə fərqlənən LASK ölkə kubokunun qalibi olub.
LASK - “Altax” - 4:2
Qollar: Qreil, 5 (0:1), Usor, 10 (1:1), Demaku, 30 (1:2), Adeniran, 66 (2:2), Bello, 101 (3:2), Adeniran, 103 (4:2)
Bununla da, LASK 117 illik tarixində ikinci dəfə Avstriya kubokunu qazanıb. Lints təmsilçisi buna qədər 61 il əvvəl, 1965-ci ildə ölkə kubokunun qalibi olmuşdu.