“Arsenal”ın hücumçusu Qabriel Jezus yenidən “Milan”ın maraq dairəsinə düşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar” daha əvvəl də braziliyalı futbolçunun mümkün transferinə iddialı klublar arasında göstərilirdi, ancaq bu məsələ ciddi danışıqlar mərhələsinə çatmamışdı.
Yayda hücum xəttini gücləndirməyi planlaşdıran “Milan” rəhbərliyi müxtəlif namizədləri müzakirə etdikdən sonra “topçular”ın forvardını qısa siyahıya daxil edib.
Jezusun “Arsenal”la müqaviləsinin müddəti gələn ilin ortalarına qədərdir. “Transfermarkt” portalına görə, onun dəyəri 20 milyon avro civarındadır.
O, ötən ayın əvvəlində 29 yaşını qeyd edib.
“Milan” hazırda İtaliya A Seriyasında 34 turdan sonra turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.