RU

Rumıniya Aİ vəsaitlərindən təxminən 500 milyon avro itirib

BAKI, 2 may. TELEQRAF

Rumıniya uğursuz islahatlar səbəbindən Avropa İttifaqı vəsaitlərinin bir hissəsini itirib.

Teleqraf xəbər verir ki, bu barədə Rumıniyanın İnvestisiyalar və Avropa Layihələri naziri Draqos Pislaru Avropa Komissiyası-nın müvafiq bildirişinə istinadən məlumat verib.

Draqos Pislaru sosial şəbəkədə paylaşımında bildirib ki, üçüncü ödəniş tələbi ilə bağlı yekun qərar qəbul edilib. Onun sözlərinə görə, əvvəlcə dayandırılmış vəsaitin 350,7 milyon avrosunu geri almaq mümkün olub.

Bununla yanaşı, Pislaru qeyd edib ki, əvvəlki illərdə gecikmiş, natamam və ya zəif icra olunmuş islahatlar səbəbindən ölkə ümumilikdə 458,7 milyon avro məbləğində vəsaiti itirir.

Избранный
29
teleqraf.com

1Источники