Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə "Böyük Dəbilqə" turniri keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçiləri yarışın ilk gününü medalsız başa vurublar.
Nizami İmranov (66 kq) üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi German Kobetsə uduzub.
Murad Muradlı (60 kq) və İslam Rəhimov (66 kq) da medal qazanmaq şansını itiriblər.
"Böyük Dəbilqə" mayın 3-də başa çatacaq.