“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya çempionluğu rəsmiləşdikdən sonra klubla müqaviləsini uzadacaq.
Publika.az “Mundo Deportivo”ya istinadla xəbər verir ki, yeni müqavilə 2028-ci ilə qədər qüvvədə olacaq və uzadılması seçimi də mövcuddur. Klub əvvəlcə müqaviləni 2029-cu ilə qədər uzatmaq istəsə də, Flik daha qısa müddətə müqavilə bağlamağı seçib.
61 yaşlı alman mütəxəssis 2024-cü ilin yayından bəri Kataloniya komandasına rəhbərlik edir. Çempionatın bitməsinə beş tur qalmış “Barselona” La Liqada “Real Madrid”dən 11 xallıq fərqlə liderlik edir.