RU

Heydər Əliyev və milli məfkurə

Aprelin 29-da Ermənistan Respublikasında, Ağverəndə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 13-cü iclası keçirilib. Tərəflər delimitasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıb və delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair  təlimat layihələrinin mətnlərini razılaşdırıb və mübadilə ediblər.

Sonda komissiyaların görüşünün yekunlarına dair müvafiq protokol imzalanıb.Tərəflər komissiyaların Azərbaycanda növbəti iclasının tarixinin işçi qaydada müəyyən edilməsi barədə razılığa gəliblər.

Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri barədə qəzetimizə danışan Milli Məclisin komitə sədri Tahir Rzayev bildirib ki, 2025-ci il avqustun 8-də Vaşiqntonda imzalanmış birgə bəyannamə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında mühüm mərhələ olaraq sülh müqaviləsinin bağlanılmasına imkanlar yaradıb: "Bu imkanlar sonrakı görüşlərdə, danışıqlarda, bəyanatlarda daha da genişləndirilib. Hər iki ölkənin QHT nümayəndələrinin qarşılıqlı səfərləri,  Azərbaycan ərazisindən Ermənistana yüklərin daşınmasına icazə verilməsi, xarici işlər nazirləri səviyyəsində təmasların qurulması, dövlət sərhədlərinin delimitasiyası üzrə işlərin sürətləndirilməsi, Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın genişləndirilməsi sahəsində təşəbbüslər, çağırışlar sülhə ümidləri artırır". 

Deputat qeyd edib ki, aprelin 29-da Ağverəndə hər iki ölkənin baş nazirlərinin müavinlərinin sədrliyi ilə dövlət sərhədlərinin delimitasiyası və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə üzrə dövlət komissiyalarının iclaslarının keçirilməsi sülh sazişinin bağlanılmasına bir daha zəmin yaradır. Görüş səmərəli keçib və tərəflər delimitasiya proseslərinin həyata keçirilməsi ilə bağlı təşkilati və texniki məsələlər üzrə fikir mübadiləsi aparıblar. Eyni zamanda Azərbaycan ərazisindən Ermənistana yüklərin daşınmasını, neft məhsullarının tədarük edilməsini müsbət qiymətləndirməklə, iqtisadi, ticari əməkdaşlığın, tranzit daşımalarının zəruri olduğunu bildiriblər. 

T.Rzayev vurğulayıb ki, bu görüş iki ölkə arasında etimad mühitinin formalaşmasına xidmət edir və Ermənistan-Azərbaycan arasında ilkin sülh müqaviləsinin imzalanması istiqamətində atılan müsbət addım kimi dəyərləndirilməlidir: "Dövlət komissiyalarının fəaliyyətinin dinamik xarakter alması və müəyyən məsələlərdə razılığın əldə edilməsi sülhü daha da yaxınlaşdırır. 

Ə.QABİLQIZI,

"Azərbaycan"

Избранный
30
azerbaijan-news.az

1Источники