RU

"Prezidentlik müddətinin bitməsini səbirsizliklə gözləyirəm" - Makronun qardaşı oğlundan etiraf

BAKI, 2 may. TELEQRAF

Fransa prezidenti Emmanuel Makronun qardaşı oğlu Jan-Aleksandr Tronyö əmisinin prezidentlik müddətinin bitməsini səbirsizliklə gözlədiyini etiraf edib.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, Jan-Aleksandr Tronyö 2027-ci ili səbirsizliklə gözlədiyini qeyd edib.

"Ümid edirəm ki, hər gün daha böyük azadlığa doğru bir addım olacaq, çünki hazırda onun yoxluğundan əziyyət çəkirik", - deyə Fransa liderinin qohumu bildirib.

O, əmisinin Fransa prezidentliyinə gəlməsinin ailə biznesinə mənfi təsir göstərdiyini etiraf edib, Makronun Fransaya rəhbərliyindən sonra biznesinin çoxlu sayda sifariş itirməsindən şikayətlənib.

23 apreldə Nikosiyadakı Franko-Kipr məktəbində şagirdlərlə görüşdə Emmanuel Makron siyasətdən getmək niyyətində olduğunu açıqlayıb. O, prezidentlik müddətinin bitməsindən sonra siyasətlə məşğul olmağı planlaşdırmadığını vurğulayıb.

Избранный
38
teleqraf.com

1Источники