RU

Barselona”dan ayrılıb bu kluba keçir

ain.az, Qol.az saytına istinadən bildirir.

"Barselona”dan ayrılıb bu kluba keçir

“Yuventus” Barselonanın hücumçusu Robert Levandovski ilə maraqlanır. 

QOL.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.

Bildirilir ki, Turin klubu artıq futbolçunun nümayəndələri ilə ilkin danışıqlar aparıb. 37 yaşlı forvard isə “Yuventus”un növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı halda bu transferi nəzərdən keçirməyə hazırdır.

Xəbərə görə, “Yuventus” Levandovski üçün “Barselona”dan ayrılacağı təqdirdə əsas variant sayılır. Onun agenti Pini Zahavinin artıq klub rəhbərliyi ilə görüş keçirdiyi və tərəflərin illik təxminən 6 milyon avro maaş + bonuslar nəzərdə tutan birillik müqavilə üzərində razılığa gəldiyi iddia olunur.

Qeyd edək ki, Levandovskinin “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Kataloniya klubu ona yeni sözləşmə təklif etsə də, maaşın ciddi şəkildə azaldılması variantı futbolçunu qane etməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
2
qol.az

3Источники