RU

Azərbaycanlı milyarder 1 gündə 51 milyon dollar itirdi

Azərbaycan əsilli rusiyalı iş adamı, "Lukoil" şirkətinin təsisçisi Vahid Ələkbərovun sərvətində dəyişiklik qeydə alınıb.

Qlobal bazarda baş verən son dalğalanmalar nəticəsində iş adamı son bir sutka ərzində 51 milyon dollar itirib. Hazırda onun xalis sərvəti 23,4 milyard dollar səviyyəsində qiymətləndirilir. Bu göstərici ilə Ələkbərov dünyanın ən zəngin insanları siyahısında 110-cu yerdə qərarlaşıb.

Gündəlik kiçik itkilərə baxmayaraq, 2026-cı ilin əvvəlindən bəri Vahid Ələkbərov üçün maliyyə ili uğurlu keçir. Belə ki, ilin ilk dörd ayı ərzində onun ümumi sərvəti təxminən 887 milyon dollar artıb. Mart ayında isə neft bazarındakı aktivlik fonunda bu rəqəmin daha yüksək (25 milyard dollara yaxın) olduğu bildirilirdi.

1950-ci ildə Bakıda doğulan Vahid Ələkbərov uzun illər Rusiyanın ən iri özəl neft şirkəti olan "Lukoil"a rəhbərlik edib. //Modern.az 

Избранный
20
5
hit.az

6Источники