RU

Alimlər beyin inkişafı və dağınıq sklerozla bağlı yeni kəşfə imza atıblar

Beyindəki qlükoza səviyyəsi sinir siqnallarının sürətli ötürülməsini təmin edən mielin qatının (sinir liflərinin qoruyucu örtüyü) formalaşmasına birbaşa təsir göstərir.

 

Bu barədə "Nature Neuroscience" jurnalı ABŞ alimlərinin apardığı tədqiqatlara istinadən məlumat yayıb.

 

Tədqiqatda qeyd olunur ki, mielin qatı oliqodendrositlər adlanan xüsusi hüceyrələr tərəfindən formalaşdırılır. Bu proses hələ ana bətnində başlayır və yetkinlik dövrünədək davam edir. Alimlər müəyyən ediblər ki, beynin müxtəlif nahiyələrindəki qlükoza konsentrasiyası yalnız enerji mənbəyi deyil, həm də hüceyrələrin fəaliyyətini tənzimləyən bir siqnal rolunu oynayır.

 

Qlükoza səviyyəsi yüksək olan ərazilərdə "sələf hüceyrələr" sürətlə bölünərək saylarını artırır. Şəkərin səviyyəsi azaldıqda isə həmin hüceyrələr yetişməyə başlayaraq mielin istehsal edən oliqodendrositlərə çevrilir. Bu mexanizmdə əsas rolu ATF-sitrat-liaza fermenti oynayır. Bu ferment hüceyrələrə qlükozanın parçalanma məhsullarından istifadə edərək bölünməni təmin edən genləri aktivləşdirməyə kömək edir. Alimlər siçanlar üzərində apardıqları təcrübədə bu fermenti deaktiv etdikdə, hüceyrə artımının zəiflədiyini və mielin səviyyəsinin müvəqqəti azaldığını müşahidə ediblər.

 

Mütəxəssislərin fikrincə, bu kəşf beynin erkən inkişaf mərhələlərini anlamaq üçün böyük əhəmiyyət kəsb edir. Gələcəkdə əldə olunan nəticələr dağınıq skleroz kimi nevroloji xəstəliklərin müalicəsində, eləcə də mielin qatının qorunması və bərpası üçün yeni üsulların hazırlanmasında istifadə oluna bilər.

 

Oxu.az

Tarix: 2 May 2026, 09:26   
Избранный
6
18
pravda.az

10Источники