RU

Bolqarıstan parlamentinin iclaslarında it iştirak edəcək

Bolqarıstan parlamentinin iclaslarında qeyri-adi bir iştirakçı - "Rover" adlı bələdçi it yer alacaq. Labrador cinsindən olan bu it görmə məhdudiyyətli deputat İvan Yanevə həm komitə, həm də plenar iclaslarda yoldaşlıq edəcək.

AzNews.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası (BNT) məlumat yayıb.

Millət vəkili parlamentdə ən çox mandata sahib olan "Proqressiv Bolqarıstan" blokunu təmsil edir. Fəaliyyətə başlamazdan əvvəl İvan Yanev və bələdçi iti əraziyə alışmaq məqsədilə qanunverici orqanın binasını gəzərək tanış olublar.

Избранный
7
3
aznews.az

4Источники