Azərbaycandakı diplomatik korpusun nümayəndələri bu gün Şuşa şəhərinə səfər çərçivəsində Qazançı kilsəsində olublar.
Diplomatlara kiləsinin tarixi barədə məlumat verilib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev kilsədə təmir-bərpa işlərinin aparıldığını və məqsədin kilsənin insanların xidmətinə verilməsi olduğunu bildirib.
Qonaqlar kilsə ilə tanış olub, içərisinə baxış keçiriblər.
Tarix: 2 May 2026, 10:12