RU

Levandovski bu şərtlə “Yuventus”a keçə bilər

BAKI, 2 may. TELEQRAF

İspaniya təmsilçisi “Barselona”nın polşalı futbolçusu Robert Levandovski karyerasını İtaliyanın “Yuventus” klubunda davam etdirə bilər.

Teleqraf “Tuttosport”a istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun agenti Pini Zahavi artıq Turin klubunun nümayəndələri ilə görüşüb.

Tərəflərin illik təxminən 6 milyon avro maaş və bonuslar nəzərdə tutan birillik müqavilə ilə ilkin razılığa gəldiyi iddia olunur. Bildirilir ki, A Seriyası təmsilçisi gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə Levandovski “Yuventus”a keçidi nəzərdən keçirməyə hazırdır.

Qeyd edəl ki, Levandovskinin “Barselona” ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatır. Son İspaniya çempionu təcrübəli forvarda maaşının əhəmiyyətli dərəcədə azaldılması şərti ilə yeni müqavilə təklif etsə də, futbolçu bu variantla razılaşmayıb.

Избранный
30
teleqraf.com

1Источники