RU

“Arsenal”ın baş məşqçisi: “Bizə istənilən mövqedə oynaya bilən futbolçular lazımdır”

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Arsenal”ın baş məşqçisi Mikel Arteta cari mövsümdə Deklan Raysın çıxışı barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi bu yaxınlarda mövsümdə 50 oyun həddinə çatıb və demək olar ki, “topçular”ın heyətində həmişə start heyətində yer alır.

“Bizə meydanda istənilən mövqedə oynaya bilən futbolçular lazımdır. Müasir futbol məhz bu istiqamətdə inkişaf edir. Əgər sən yarımmüdafiəçisənsə, bu o deməkdir ki, konkret 6, 8 və ya 10 nömrə ilə məhdudlaşmamalısan. Balansa nail olmaq istəyiriksə, meydanın istənilən hissəsində dominantlıq edə bilən, oyunun bütün fazalarına nəzarət etməyi bacaran universal oyunçulara ehtiyacımız var. Deklan da məhz bu səviyyəyə doğru irəliləyir”, - deyə Arteta bildirib.

Qeyd edək ki, bu gün “Arsenal” doğma meydanda “Fulhem”ı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
icma.az

1Источники