Xəzər dənizində zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 09:50-də qeydə alınan zəlzələnin maqnitudası 3,0 olub.
Zəlzələnin ocağı 27 kilometr dərinlikdə yerləşib.
