ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aun arasında görüşün mayın 11-də Vaşinqtonda baş tuta biləcəyini deyib.
"Far.Az" xəbər verir ki, bu barədə diplomatik mənbə "Al Mayadeen" telekanalına məlumat verib.
Onun sözlərinə görə, ABŞ tərəfi görüşün keçirilməsini fəal şəkildə təşviq edir və təşəbbüs şəxsən D.Trampdan gəlir.
Mənbə digər təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, daha əvvəl bu görüşün mayın ikinci ongünlüyündə keçiriləcəyi bildirilmişdi.